İşğal edilmiş ərazilər olmadan NATO-ya daxil olaq - Arestoviç

İşğal edilmiş ərazilər olmadan NATO-ya daxil olaq - Arestoviç backend

Ukrayna Prezidenti Ofisinin keçmiş müşaviri Aleksey Arestoviç Kiyevi Rusiya tərəfindən ələ keçirilən ərazilər olmadan NATO-ya üzv olmağa çağırıb.

QAZİLER.AZ  Axar.az-a istinadən xəbər verir ki, Arestoviç bu barədə Teleqram kanalında yazıb.

Arestoviçin sözlərinə görə, Ukrayna rəhbərliyinin hazırkı məqsədi olan 1991-ci il sərhədlərinə çatmaq bir neçə səbəbə görə real deyil:

“Rusiyanın böyük resursları, o cümlədən səfərbərlik imkanları var. Moskva həmçinin iqtisadiyyatı müharibə vəziyyətinə gətirir, enerji resurslarından gözlənilməz gəlirlər əldə edir və Asiyada silah qovşağı yaradır, Şimali Koreya, İran və Çinlə fəal əməkdaşlıq edir. Eyni zamanda, Qərb göstərdiyi müddətə lazımi silah və sursatları təmin edə bilmir. Nəticədə Ukraynaya hərbi yardım indi azalır. Hazırda bizə işğal olunmuş ərazilərə zəmanət olmadan NATO-ya üzvlük təklif olunur ki, bu da onlardan imtina etmək demək deyil, onların qeyri-hərbi üsullarla geri qaytarılmasını nəzərdə tutur. Nə qədər ki, NATO-ya qapılar açıqdır, biz onlardan keçməliyik, çünki altı ay və ya bir ildən sonra vəziyyət bizim üçün çox dəyişə bilər və üfüqdə NATO-ya qoşulmaq haqqında razılaşma əvəzinə, real zəmanəti olmayan növbəti Minsk razılaşmaları olar”, - Arestoviç bildirib.

 

 

 

 

Diaspora