ABŞ Dövlət Departamenti Rumıniyaya təxminən 2,53 milyard dollar dəyərində “Abrams” tanklarının mümkün satışını təsdiqləyib.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Amerikanın səsi” məlumat yayıb.
Mümkün sövdələşmənin təfərrüatları hələ açıqlanmayıb.
Qeyd edilir ki, bu ilin may ayında Rumıniya Parlamenti ölkənin Müdafiə Nazirliyinin ABŞ-dan 54 ədəd M1A2 Abrams tankının alınmasına icazə verilməsi ilə bağlı müraciətini təsdiqləyib. Rumıniya hərbçiləri müvafiq avadanlıq və xidmətlərlə birlikdə ABŞ-dan 54 tank almağı planlaşdırırdı.