Bəzi hərbi qulluqçuların aylıq vəzifə maaşları artırıldı

Bəzi hərbi qulluqçuların aylıq vəzifə maaşları artırıldı backend

Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının artırılması haqqında Fərman imzalayıb.

Bu barədə President.az xəbər verir.

Fərmanla Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədilə onların aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılır.

Fərmandan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə, zəruri tədbirlərin görülməsi Müdafiə və Maliyyə nazirliklərinə həvalə olunub.

Bu fərman 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

Diaspora