Yeni ilə qədər Ukrayna buranı ələ keçirəcək - Svitan

Yeni ilə qədər Ukrayna buranı ələ keçirəcək - Svitan backend

Yeni ilə qədər Ukrayna ordusu Tokmakda mühüm yol qovşaqlarını götürə, Krımdan Rusiyaya quru dəhlizini bağlaya bilər.

QAZİLER.AZ  Axar.az-a istinadən xəbər verir ki, bunu ukraynalı hərbi eksprt Roman Svitan deyib.

Onun sözlərinə görə, yağışlar səbəbindən Donbasda cəbhə sakitləşəcək, buna görə də Ukrayna ordusu Zaporojye istiqamətində hərəkətə başlayacaq:

“Bu istiqamətdə torpaq Donbasdakı kimi deyil. Buna görə də Ukrayna ordusu yağışlı mövsümdə belə tırtıllı maşınlarda rahat hərəkət edə biləcək. Yeni ildən öncə Tokmaka gedən dəmir yolu istiqamətində irəliləyişlərin olduğunu görə bilərik. Bu dəmir yolu qovşağı boyunca olan xətt Rusiyanın Krımdan gələn əsas quru dəhlizidir və onlar bu dəhlizlə texnikanı cəbhənin dərinliklərinə çəkir. Buna görə də ora nəzarət son dərəcə vacibdir”.

 

 

 

Diaspora