İsrail Qəzzada genişmiqyaslı əməliyyatı təxirə salır

İsrail Qəzzada genişmiqyaslı əməliyyatı təxirə salır backend

İsrail Qəzzada genişmiqyaslı quru əməliyyatı planlarını dayandırıb və ABŞ ilə razılaşaraq onları bir neçə məhdud əməliyyatla əvəz edib.

QAZİLER.AZ  Publika.az-a istinadən xəbər verir ki, bu barədə amerikalı rəsmilər məlumat yayıb.

Nəşrin yazdığına görə, “ən azı ilkin mərhələdə daha məhdud quru əməliyyatları keçirmək qərarı ABŞ-nin müdafiə naziri Lloyd Ostinin israilli həmkarlarına bu yaxınlarda verdiyi təkliflərə uyğundur”.

Məqalədə deyilir ki, İsrailin əməliyyatı ilə bağlı ilkin planlar ABŞ rəsmilərini narahat edib.

Pentaqonun nümayəndələri və amerikalı ekspertlərin fikrincə, İsrail mərhələli əməliyyat keçirir və bu əməliyyat zamanı Qəzzada HƏMAS yaraqlıları aşkar edildikdən sonra daha böyük qüvvələr işə düşəcək. Nəşr Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş zabiti Mik Malroyun sözlərini sitat gətirib: “Zəif tərəflər və boşluqlar aşkar edilən kimi, əsas zərbə qüvvələr gətirilir”.

İraqda xidmət etmiş ABŞ-nin ehtiyatda olan generalı Frederik Hodces deyib ki, bu taktika İsrail qüvvələrinin “itkiləri məhdudlaşdırmaq, həmçinin binalara dəyən zərəri azaltmaq” üçün bir üsuldur.

 

 

Diaspora