ABŞ və Ukrayna hibrid HHM sistemləri yaratdı

ABŞ və Ukrayna hibrid HHM sistemləri yaratdı backend

Ukrayna ordusu tezliklə ukraynalı və amerikalı mühəndislər tərəfindən Qərb və Sovet silahları əsasında yaradılmış hibrid hava hücumundan müdafiə sistemlərinə sahib olacaq.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.

Məlumata görə, rəsmilər bu proqramı “FrankenSAM” adlandırırlar.

“Qış yaxınlaşdıqca, Ukrayna enerji şəbəkəsini ölkəni buzlu qaranlığa qərq edə biləcək Rusiyanın zərbələrindən qorumaq üçün hava hücumundan müdafiə imkanlarını gücləndirməlidir. Qabaqcıl Qərb silahlarını Sovet dövrünün silahları ilə birləşdirən bu hibrid sistemlər bu tələbatı ödəmək üçün yaradılmışdır”, - məlumatda qeyd olunub.

Qeyd olunur ki, hibrid hava hücumundan müdafiə sisteminin bir versiyasında Sovetin “Buk” və ABŞ-ın “Sea Sparrou” raketləri, digərində isə Sovet radarları və “Sidevinder” raketləri olacaq. Onlar ABŞ-dakı hərbi bazalarda sınaqdan keçirilib və yaxınlarda Ukrayna Silahlı Qüvvələrinin arsenalına daxil ediləcək.

 

 

Diaspora