Üç həftə sonra rus ordusu dilemma ilə üzləşəcək

Üç həftə sonra rus ordusu dilemma ilə üzləşəcək backend

Rusiya komandanlığı Avdeyevka üçün əlavə resurslar toplayır.

QAZİLER.AZ  Axar.az-a istinadən xəbər verir ki, bu barədə ukraynalı hərbi-siyasi müşahidəçi Aleksandr Kovalenko bildirib.

“Bu mərhələdə rus işğalçıları Avdeyevkada dayanmayacaq: yalnız yeni hücum dalğası onlara uğur gətirməsə, digər yerlərdəki problemləri nəzərə alaraq, Avdeyevka macərasını dayandıra bilərlər", - Kovalenko deyib.

O qeyd edib ki, Avdeyevka yaxınlığında ruslar hərbi-sənaye kompleksinin indi bir ay ərzində istehsal etdiyi texnika qədər texnikanı itiriblər:

"Yəni, Avdeyevka hücumu itkilərin ödənilməsinin aylıq prosesində ciddi disbalans yaradır".

O əlavə edib ki, növbəti üç həftə ərzində rusların uğursuz hücumlar nəticəsində itkiləri kompensasiya etmək üçün tərtib etdikləri resursları tükənəcək və dilemma ilə üzləşəcəklər.

 

 

Diaspora