ABŞ və İsrail HƏMAS hərəkatının Qəzza sektorundan çıxarılmasından sonra bölgədə BMT-nin dəstəyi və ərəb ölkələrinin iştirakı ilə müvəqqəti hökumətin qurulması imkanlarını müzakirə etməyə başlayıb.
QAZİLER.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Bloomberg agentliyi bu barədə ABŞ administrasiyasındakı mənbələrinə istinadla məlumat yayıb.
Məlumata əsasən, bu məsələ ilə bağlı müzakirə Birləşmiş Ştatlar administrasiyasında ilkin mərhələdədir və İsrail ordusunun HƏMAS-a qarşı aparacağı yerüstü əməliyyatın nəticələrindən asılı olacaq. Amerikalı məmurların sözlərinə görə, Qəzza sektorunda müvəqqəti hökumətin qurulması kimi istənilən planın reallaşması üçün ərəb ölkələrinin dəstəyi vacibdir.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS hərəkatının silahlı qanadı olan “İzzəddin əl-Kassam” briqadası İsrailin nəzarətində olan ərazilərə hücum edib. İsrail tərəfi buna cavab olaraq HƏMAS-a qarşı hərbi əməliyyatlara başlayıb.