Qazaxıstanda Türkiyənin “Anka” kəşfiyyat və hücum PUA-larının istehsalına 2024-cü ildə başlanması planlaşdırılır.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Turkish Aerospace” şirkətinin nümayəndəsi Erol Oğuz məlumat verib.
“Biz təkcə istehsal açmaq deyil, gələcəkdə müstəqil PUA istehsal edə bilməsi üçün Qazaxıstana təcrübə və texnologiya ötürməyi qarşımıza məqsəd qoymuşuq”, - Oğuz bildirib.
Onun sözlərinə görə, tərəflər hazırlıq işləri apardığından və sərmayələrin həcmi hesablandığından hələlik daha dəqiq tarix demək mümkün deyil.