Misir də sərhədi gücləndirir - Foto

Misir də sərhədi gücləndirir - Foto backend

Misir hakimiyyəti Qəzza zolağı ilə sərhədi gücləndirməyə başlayıb.

QAZİLER.AZ  Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Military Observer" Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, bütün günü "Rəfah" keçid məntəqəsində beton bloklar qoyulub:

"Qəzza zolağı sakinlərinin potensial quru əməliyyatı zonasını tərk etmək üçün yeganə seçim anklavın cənubudur. Humanitar dəhlizlərin yaradılmasından hələ söhbət getmir".

Qeyd edək ki, daha öncə yayılan məlumatda Misir, İsrail və ABŞ-ın Qəzza zolağında yaşayan əcnəbilər üçün “yaşıl dəhliz” açmaq barədə razılığa gəldiyi bildirilib.

 

 

Diaspora