HƏMAS-ın komando qüvvələrinin rəhbəri öldürülüb.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, Qəzza zolağı yaxınlığında HƏMAS-ın Nuxba komando qüvvələrinin komandiri Əli Qadi öldürülüb. Bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.
Bildirilir ki, Qadi 2005-ci ildə İsrail vətəndaşlarının oğurlanması və öldürülməsindən sonra tutulsa da, Gilad Şalit əsir mübadiləsi çərçivəsində azad edilib.
O, Qəzza zolağında həyata keçirilən əməliyyat nəticəsində zərərsizləşdirilib.