Serbiyalı muzdlular Moskva vilayətində qeydiyyatda olan və 106-cı hava-desant diviziyasında hərbi xidmətdə olan könüllülər kimi Rusiya ordusuna cəlb edilir.
QAZİLER. AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə BBC-nin yaydığı məlumatda bildirilib.
Məlumatda vurğulanır ki, işə qəbul 2014-cü ildən Ukraynanın şərqində döyüşən serb komandir tərəfindən aparılır. O, 2023-cü ilin payızına qədər Serbiya vətəndaşından ibarət min nəfərlik ayrıca briqada yaratmağı planlaşdırır.
“Beynəlxalq batalyon”un komandiri Davor Saviçiçin sözlərinə görə, müharibənin əvvəlində onun batalyonu Kiyev yaxınlığında, Qostomel aerodromunun ərazisində olub, bundan sonra onlar Xarkov vilayətinə, sonra isə Donetsk vilayətinin Kramatorsk rayonundakı Boqorodiçnoye kəndinə köçürülüblər.