Lokal antiterror əməliyyatından sonra sosial şəbəkələrdə rəsmi olmayan, şayiə xarakterli məlumatlar yayılır. Bu məlumatlar əməliyyat zamanı azad edilən torpaqlarla bağlıdır.
Bununla bağlı Qarabağ qazisi Rey Kərimoğlu şaiyələrdən narahat olan vətəndaşlarımıza müraciət edib.
QAZİLER.AZ bildirir ki, müraciətdə deyilir:
"Əziz dostlar, narahat insanlarımız!
Xocalı da, digər bütün yaşayış məntəqələrimiz də erməni quldurlardan təmizlənib. Tam arxayın ola bilərsiniz! Artıq Qarabağın bütün ərazisi Azərbaycan silahlı qüvvəlırinin nəzarətindədir. Bildiyiniz kimi, antiterror tədbirləri nəticəsində xeyli ərazimiz quldurlardan azad edilib. Və hamınız gördünüz ki, erməni quldur-silahlı dəstələri ağ bayraq qaldırıb təslim oldular. Azad olunan ərazilərimzdən başqa, Qarabağdakı digər bütün rayon, kənd və qəsəbələrdəki quldurlar da tərk-silah olunduqdan sonra bizim nəzarətimizdədir.
Amma ermənilərin qanunsuz hərbi birləşmələrindən kiçik bir qrup silahı yerə qoymaqdan imtina etmişdi. Onlar da yavaş-yavaş qəhrəman döyüşüçülərimizə - CANAVARLARIMIZA "təslim" olurlar. İnşallah, bu proses də yaxın günlərdə başa çatacaq...Deməyim odur ki, bu möhtəşəm qələbəyə heç kəsdə şübhə, filan olmasın!
Xocalı, Xankəndi, Ağdərə, Əsgəran, Xocavənd və digər bütün ərazilərimizdə də yaxın zamanlarda Azərbaycan bayrağı dalağalanacaq, inşallah! Biz 44 günlük müharibədə rayon və kəndlərimizin azad edilməsini cənab Prezidentimizin tvitindən, efirdəki çıxışından izləməyə öyrəncəliyik, amma bu dəfə, məncə, təqdimat bir qədər fərqli olacaq!"
QAZİLER.AZ