Ukrayna pilotsuz uçuş aparatları (PUA) ilə Krıma hücum edib.
QAZİLER.AZ Lent.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, Ukraynaya məxsus iki PUA Krımın qərb sahillərində vurulub.
Rusiya MN həmçinin Moskva vilayətinin İstra rayonu üzərində Ukraynaya məxsus PUA-nın məhv edildiyini açıqlayıb.
Qeyd edək ki, Moskvanın Vnukovo və Şeremetyevo hava limanlarında PUA təhlükəsi ilə əlaqədar “Xalça” planı elan edilib.
Həmçinin Domodedovo və Şeremetyevoda 19 reys gecikib, 3-ü isə ləğv edilib.