Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter ələ keçirilib - FOTO

Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter ələ keçirilib - FOTO backend

Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətindən qaldırılan Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus kvadrakopter Əlahiddə Ümumqoşun Ordunun Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Türkeş yaşayış məntəqəsi istiqamətində yerləşən bölmələrinin müdafiə mövqeləri üzərində kəşfiyyat xarakterli uçuş həyata keçirməyə cəhd göstərib.

QAZİLER.AZ  APA-ya istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hava hücumundan müdafiə bölmələrimiz tərəfindən aşkar olunan kvadrokopter xüsusi texniki vasitələrlə endirilərək zərərsizləşdirilib.

 

 

 

loading...
Diaspora