Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiyanın məhv edilməsi planlaşdırılan strateji obyektlərinin siyahısını müəyyən edib.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi, general-mayor Vadim Skibitski deyib.
“Biz Rusiya üçün daha kritik hədəfləri və obyektləri müəyyən edirik. Buraya hərbi obyektlər, raket hazırlanan müdafiə sənayesi kompleksləri, PUA-lar, Rusiya qoşunlarının maddi-texniki təchizatı ilə məşğul obyektlər daxildir. Hədəflərimiz çoxdur. Onların hamısı nömrələnib, iyerarxiyada müəyyən edilib”, - deyə o bildirib.