Ermənistanla Azərbaycan arasında müharibə riski yüksək səviyyədədir.
Qaziler.az bildirir ki, bu barədə politoloq Məhəmməd Əsədullazadə öz feysbuk hesabında yazı
"Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımadığını ortaya qoydu. Qarabağa iddialar irəli sürərək, separatçıları dəstəkləmək kursunu davam etdirir.
Demək olar ki, danışıqlar prosesi dalana dirənib. Ermənistan hərbi məğlubiyyətlə barışmayaraq, Azərbaycan üzərində paritet əsasda üstünlük əldə etməyi planlayır. Hərbi toqquşma olacaqsa, Ermənsistan Naxçıvan istiqamətində hücumlar həyata keçirəcək. Son aylarda Naxçıvanın sərhəd rayonları mütəmadi atəşə tulması bunu göstərir. Erməni ictimaiyyəti hərbi məğlubiyyəti N. Paşinyana bağışlmayacaq. Bu müharibə N.Paşinyanın siyasi iflası ilə nəticələnə bilər.
Ermənistan rəhbərliyi hesab edir ki, Qərb onları dəstəkləyəcək. Eyni Saakaşvili kursunu davam etdirir. Frana növbəti dəfə erməniləri aldadaraq, onların növbəti faciəsini təşkil edir. Necəki, Sevr müqaviləsində Fransa erməniləri aldatdi.
Hazırda baş rolda N. Paşinyandı. Qərb Ermənistanı və onun baş nazirini ciddi qəbul etmir. N.Paşinyan Qərbə çox arxayındı. Özünü "demokrat" adlandırır. Amma, demokrat olan siyasətçi qonşu ölkəyə qarşı ərazi iddiaları etməz və separatizmi dəstəkləməz. Saakaşvili Qərbdə dəli və səbrsiz kimi qəbul edilirdi. N.Paşinyanda qeyri-müəyyən siyasətçi kimi qəbul edilib. Onun Yerevanın respublika meydanında siyasi edamı baş verəndə, Qərbin bəzi mərkəzləri onu yada salmayacaqlar. Necəki, M. Saakaşvili Qərbin yadınnan çıxıb.
Gürcüstan və Ermənistan ssenarisi göstəirir ki, ölkənin təhlükəsizliyi baxımından Azərbaycanın siyasi modeli ən uğurlu modeldir. Ermənistanı yeni ağır siyasi-hərbi məğlubiyyət gözləyir", - politoloq yazıb.
QAZİLER,AZ