Sentyabrın 7-də saat 01:35 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələri bölmələrinin Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Qurum Ermənistan Müdafiə Nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edib.