Rəsmi Kiyev təhlükəsizliyinin təminatçısı ola biləcək ölkələrin sayını 51-ə çatdırmağa ümid edir

Rəsmi Kiyev təhlükəsizliyinin təminatçısı ola biləcək ölkələrin sayını 51-ə çatdırmağa ümid edir backend

Ukrayna onun təhlükəsizliyinin təminatçısı ola biləcək ölkələrin sayını artırmağa ümid edir.

QAZİLER.AZ  AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak bildirib.

Onun sözlərinə görə, hazırda təhlükəsizlik zəmanəti bəyannaməsinə 28 ölkə qoşulub. O, Kiyevin ümumilikdə təhlükəsizlik zəmanəti alacaq ölkələrin sayını 51-ə çatdırmağa ümid etdiyini qeyd edib.

Xatırladaq ki, NATO-nun iyul ayında Vilnüsdə keçirilən sammiti zamanı G7 ölkələri Ukrayna üçün təhlükəsizlik zəmanətləri haqqında bəyannamə imzalamaq qərarına gəliblər.

Belə bir təşəbbüs Ukraynaya təhlükəsizlik və iqtisadiyyat sahəsində uzunmüddətli dəstək verir. İstənilən ölkə qoşula bilər.

 

 

Diaspora