Azərbaycan Müdafiə Nazirliyi qarşı tərəfin daha bir yalanını ifşa edib.
“Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Zod istiqamətində PUA tətbiq edilməsi ilə bağlı Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat tamamilə yalandır və dezinformasiya məqsədi daşıyır.
Ermənistan tərəfinin yaydığı bu məlumatı qəti şəkildə təkzib edirik”, - deyə Azərbaycan MN-dən bildirilib.