Sentyabrın 1-də Azərbaycanla sərhəddə təxribat törədən iki erməni hərbçisi məhv edilib, biri yaralanıb.
“Report” “Hraparak” qəzetinə istinadən xəbər verir ki, məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.
Hadisə Azərbaycanın Kəlbəcər rayonu istiqamətində baş verib.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı xəbərə görə, sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən ordumuzun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib. Nəticədə üç hərbi qulluqçumuz yaralanıb.