Su-30 qırıcı təyyarəsi ABŞ Hərbi Hava Qüvvələrinə məxsus MQ-9A "Reaper" pilotsuz təyyarəsini Qara dəniz üzərində müşayiət edib.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Milli Müdafiə Nəzarət Mərkəzi məlumat yayıb.
Məlumata görə, avqustun 27-də hava məkanına nəzarət vasitələri dəniz üzərindən Rusiya sərhədinə yaxınlaşan hava hədəfini aşkar ediblər:
“Dövlət sərhədinin pozulmasının qarşısının alınması məqsədilə hava hücumundan müdafiə qüvvələrinin növbətçiliyində olan Su-30 qırıcısı havaya qalxıb. Ekipaj hava hədəfinin ABŞ Hərbi Hava Qüvvələrinə məxsus MQ-9A “Reaper” kəşfiyyat PUA olduğunu müəyyən edib. Qırıcı təyyarə yaxınlaşdıqca xarici kəşfiyyatçı PUA Rusiya sərhədindən dönüş edib”.
Qeyd olunur ki, Su-30 öz aerodromuna qayıdıb. Uçuş beynəlxalq qaydalara uyğun olaraq təhlükəsizlik tədbirlərinə riayət etməklə neytral sular üzərindəki hava məkanından istifadə etməklə həyata keçirilib