Erməni silahlıları Kəlbəcər istiqamətində fortifikasiya qurğuları quraşdırmağa cəhd göstərib

Erməni silahlıları Kəlbəcər istiqamətində fortifikasiya qurğuları quraşdırmağa cəhd göstərib backend

Avqustun 27-si saat 12:30 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən xəbər verilib.

Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Diaspora