Suriya qüvvələri İdlibdə yeddi silahlını öldürüb

Suriya qüvvələri İdlibdə yeddi silahlını öldürüb backend

Suriya ordusunun artilleriyası İdlib vilayətinin cənubunda silahlı dəstənin mövqelərinə hücum edib.

QAZİLER.AZ  APA-ya istinadən xəbər verir ki, bu barədə “Şam FM” radiostansiyası məlumat yayıb.

Nəticədə “Cəbhət ən-Nusra” qruplaşmasının yeddi terrorçusu məhv edilib.

Zərbələr Şimal zonasında atəşkəs rejiminin pozulmasına cavab olaraq həyata keçirilib.

"Al Hadath" telekanalının məlumatına görə, bundan əvvəl yaraqlılar Xəzərin bölgəsində cəbhədə silahlı döyüş əməliyyatı keçiriblər. Onlar ordu mövqelərinin yaxınlığındakı tunelə yerləşdirilmiş partlayıcıları işə salıblar. Partlayış nəticəsində 11 Suriya əsgəri həlak olub, 20-si yaralanıb.

İdlibin əhəmiyyətli bir hissəsi Türkiyənin dəstəyini alan qeyri-qanuni silahlı qrupların nəzarəti altındadır. 2017-ci ildə orada Dəməşq yaxınlığındakı Şərqi Qutada və ölkənin cənub bölgələrində silahı yerə qoymaqdan imtina edən silahlıların hərəkətə keçdiyi şimal deeskalasiya zonası yaradılıb.

 

 

Diaspora