“Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yeniyetmə və gənclər arasında Vətən müharibəsi qələbəsinin təbliğinə həsr olunmuş “Zəfər yolu” adlı tədbir-konsert layihəsi həyata keçirilib.
Qaziler.az xəbər verir ki, layihə çərçivəsində ilk tədbir-konsert 19 avqust 2023-ci il tarixində Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində keçirilib.
Tədbirdə əsgər və zabit heyətinin qarşısında çıxış edən Hərbi prokurorun böyük köməkçisi, mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev, ədliyyə polkovniki Fərid Şükürov və ədliyyə müşaviri Samir Əzimzadə, polkovnik Təbriz Mirzəyev, polkovnik-leytenant Aqil İsmayılov, “Vətənpərvərliyin təbliğinə dəstək” İctimai Birliyinin sədri, vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı, “Qarabağ Qaziləri” İctimai Birlyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu, birinci Qarabağ döyüşlərinin iştirakçısı İsmayıl Həkimli və digər çışıxçılar bu kimi tədbirlərin keçirilməsinin əsgərlərdə vətənpərvərlik ruhunun daha da inkişafına, xüsusən hərbi xidmətə yeni gələn əsgərlər arasında milli vətənpərvərlik hisslərinin aşılanması və təbliğ edilməsinə böyük dəstək olduğunu qeyd ediblər.
Tədbir Şəmistan Əlizamanlının ifa etdiyi hərbi mahnılarla başa çatıb.
QAZİLER.AZ