İran özünün yeni pilotsuz uçuş təyyarəsi olan ölümcül “Mohajer-10”u nümayiş etdirib.
Qaziler.az İRHA xəbər agentliyinə istinadla xəbər verir ki, PUA-lar 24 saat fasiləsiz uça bilir. Məlumata görə, pilotsuz təyyarəyə 450 litr yanacaq tökmək mümkündür.
İddia olunur ki, dron 7 min metr hündürlüyə qalxa bilir, maksimal sürəti isə 210 km/saatdır. İddialara görə, pilotsuz təyyarə casusluq və elektron müharibə üçün xüsusi sistemlərlə təchiz edilib.
İran həmçinin, yeni PUA-ların 300 kiloqrama qədər yük, xüsusən də əl qumbaraları, bombalar və digər döyüş sursatları daşıya bildiyini vurğulayıb.
QAZİLER.AZ