Avqustun 4-də Ukrayna Rusiyaya qarşı yeni cəbhə açıb.
Axar.az xəbər verir ki, bu barədə "Faynənşl Tayms"ın məlumatında bildirilib.
Nəşr qeyd edib ki, Ukrayna PUA-ları Moskvanın işğalını təmin edən neft infrastrukturuna zərbələr endirib. İlk belə zərbə dəniz qüvvələrinin Novorossiysk limanında Rusiya hərbi gəmisinə hücumu olub. Ertəsi gün, şənbə günü bir dron Kerç boğazında Rusiya neft tankerini vurub.
Qeyd olunub ki, bu hücumlar Ukraynanın Moskvanı yıxmaq və ərazisinə müharibə gətirmək səylərinin bir hissəsidir.
Nəşr ABŞ-ın NATO-dakı keçmiş səfiri Kurt Volkerin fikirlərini sitat gətirib:
“Bu hücumların əsas məqsədi Putinin Ukraynanı azad etmək üçün sadəcə “xüsusi hərbi əməliyyat” olması ilə bağlı versiyasını təkzib etməkdir. Onlar rus xalqına bunun əsl müharibə olduğunu göstərirlər".
Ukraynanın keçmiş müdafiə naziri Andrey Zaqorodniuk bu zərbələri Rusiyaya onun məğlubedilməz olmadığına, hətta paytaxtı və güc mərkəzlərinin də müdafiəsiz olduğuna dair mesaj kimi qiymətləndirir.
O qeyd edib ki, bu, rus qoşunlarının mənəviyyatını sarsıda və Ukraynanın əks-hücumuna kömək edə bilər.