Ukraynada cəbhənin ən təhlükəli yerlərinin adı açıqlanıb

Ukraynada cəbhənin ən təhlükəli yerlərinin adı açıqlanıb backend

Ötən sutka ərzində, Rusiya ordusu Ukraynanın şərqində iki istiqamətdə hücuma cəhd edib və məğlub olublar.

QAZİLER.AZ  APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, gün ərzində 36 döyüş toqquşması baş verib. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı səhər xəbərində qeyd edib ki, Xarkov, Topolya, Zapadnoye, Kislovka, Berestovoe, Kondraşovka və Kupyansk Kupyansk artilleriya və minaatan hücumlarına məruz qalıb. Limanski istiqamətində Rusiya ordusu Luqansk vilayətinin Novoeqorovka və Beloqorivka ərazilərində uğursuz hücum əməliyyatları keçirib.

Luqansk vilayətinin Nevskoye, Beloqorovka və Donetsk vilayətinin Verxnekamenskoye, Torskoye, Razdolevka yaşayış məntəqələri artilleriya atəşinə məruz qalıb. Bundan başqa, 35-dən çox yaşayış məntəqəsi artilleriya atəşindən zərər çəkib.

 

 

Diaspora