Türkiyənin milli döyüş təyyarəsi "KAAN" yerli mühərriklə uçacaq

Türkiyənin milli döyüş təyyarəsi "KAAN" yerli mühərriklə uçacaq backend

Türk Aerokosmik Sənayesi (TUSAŞ)  Baş direktoru baş direktoru Temel Kotil, 2028-ci ildə Milli Döyüş Təyyarəsi KAAN-ı türk mühərriki ilə uçurmağı planlaşdırdıqlarını ifadə edərək: "Bunun üzərində işləyirik" dedi.

Qaziler.az bildirir ki, dünyanın ən böyük müdafiə sənayesi görüşlərindən biri olan və bu sahədə mühüm tanıtım, marketinq və əməkdaşlıq platformasına çevrilən Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (IDEF'23) davam edir.

Sərgidə milli döyüş təyyarəsi KAAN-da istifadə olunacaq mühərriklə bağlı suala Kotil:"Planımız 2028-ci ildə KAAN-ı türk mühərriki ilə uçurmaqdır. Bunun üzərində işləyirik. Təbii ki, əlavə sertifikatlaşdırma üçün1-2 ilə ehtiyacımız olacaq.  Ancaq 2030-cu ildə türk mühərriki olacaq. Hazırda döyüş təyyarəmiz F110 mühərriki ilə uçur" - deyib.

QAZİLER.AZ

Diaspora