Prokurorluqdan əsgərimizin ölümü ilə bağlı açıqlama

Prokurorluqdan əsgərimizin ölümü ilə bağlı açıqlama backend

Hərbi Prokurorluq Kəlbəcərdə baş verən avtomobil qəzası ilə bağlı məlumat yayıb.

QAZİLER.AZ  Axar.az-a istinadən xəbər verir ki, Hərbi Prokurorluq qəza ilə bağlı araşdırmaların davam etdiyini bildirib.

"Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə məxsus "Maz" markalı avtomobilin 22 iyul 2023-cü il tarixdə qəzaya uğraması, hərbi qulluqçular baş əsgər Emin Eldəniz oğlu Əliyevin ölməsi və leytenant Əli İlyas oğlu Hüseynovun müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı ilə əlaqədar Kəlbəcər hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib.

Hazırda Kəlbəcər hərbi prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır", - məlumatda qeyd olunub.

 

 

Diaspora