FHN-in Cənub Regional Mərkəzi Masallı rayon Yanğından Mühafizə Hissəsi ilə birgə təlim keçirib

FHN-in Cənub Regional Mərkəzi Masallı rayon Yanğından Mühafizə Hissəsi ilə birgə təlim keçirib backend

Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı rayon Yanğından Mühafizə Hissəsinin xilasetmə dəstəsi ilə birgə “Alpinist ləvazimatlarından istifadə etməklə zərərçəkmişlərin xilas edilməsi” mövzusunda növbəti təlim təşkil olunub.

FHN-dən AZƏRTAC-a bildirilib ki, təlim Lənkəran rayon Yanğından Mühafizə Hissəsinin Liman bölməsində keçirilib.

Təlimin keçirilməsində əsas məqsəd xilasetmə qurumları arasında qarşılıqlı fəaliyyətin və xilasetmə zamanı effektiv idarəetmənin təşkili, şəxsi heyətin xilasetmə vasitələri və alpinist avadanlıqlarından istifadə bacarıqlarının daha da təkmilləşdirilməsi olub.

Təlim zamanı xilasedicilər şərti zərərçəkmişləri “hündürmərtəbəli bina”dan təxliyə edərək onlara “təxirəsalınmaz ilkin yardım göstərib”, həmçinin qarşıya qoyulan digər tapşırıqları uğurla icra ediblər.

Yekunda təlimin nəticələri təhlil olunub və müvafiq tapşırıqlar verilib.

 

 

Diaspora