“İyulun 12-də rayonu tərk etməyə hazırlaşırdıq. Atam dedi ki, siz gedin, mən əsgərləri qoyub heç yerə getmərəm”.
Bu sözləri 2020-ci il iyulun 14-də Tovuz döyüşləri zamanı Ermənistan ordusunun təxribatı nəticəsində şəhid olan mülki şəxs - Əziz Əzizovun qızı Zərnişan Əzizqızı deyib.
O bildirib ki, sonuncu dəfə atası ilə həlak olduğu gün danışıb:
“Axırıncı dəfə iyulun 14-ü səhər danışdım. Ondan sonra telefonuna zəng çatırdı, amma götürmürdü”.
Ətraflı Baku TV-nin süjetində: