Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə İsrail Dövlətinin müdafiə naziri Yoav Qallant ölkəmizə rəsmi səfər edəcək.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Y.Qallantın İsrail Dövlətinin müdafiə naziri kimi ölkəmizə ilk səfəri çərçivəsində bir sıra görüşlərin keçirilməsi planlaşdırılır.