Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya ilə regional qoşunların fəaliyyətinə dair saziş protokolunun ratifikasiyası haqqında qanunu imzalayıb.
QAZİLER.AZ APA-ya istinadən xəbər verir ki, qanun Belarusun Milli Hüquq İnternet Portalında dərc olunub.
Qeyd edilib ki, iki ölkə arasında imzalanmış 1997-ci 19 dekabr tarixli Sazişə dəyişiklikləri nəzərdə tutan 2022-ci il 3 dekabrda imzalanmış Belarusla Rusiya arasında hərbi sahədə regional təhlükəsizliyin birgə təmin edilməsi haqqında protokol ratifikasiya olunsun.