"Vaqner" özəl hərbi şirkəti ağır hərbi texnikasını Rusiya Silahlı Qüvvələrinə təhvil verəcək.
QAZİLER.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumat verilib.
""Vaqner" özəl hərbi şirkətinin ağır hərbi texnikasının Rusiya Silahlı Qüvvələrinə təhvil verilməsinə hazırlıq gedir", - məlumatda deyilir.
Qeyd edək ki, iyunun 23-də Yevgeni Priqojin Rusiya müdafiə naziri Sergey Şoyqunun Rostova gələrək, "Vaqner"in qərargahlarına hücum əməliyyatına rəhbərlik etdiyini iddia edib. O, "Vaqner" qərargahlarına endirilən zərbələr nəticəsində yüzlərlə ölən və yaralananın olduğunu bildirib.
Bundan sonra Priqojin "25 minlik ordu ilə" Rostova doğru hərəkət etdiyini açıqlayıb. Ona qarşı Rusiya FTX və Baş Prokurorluq "hərbi çevrilişə cəhd" maddəsi ilə cinayət işi başladıb, Moskva, Voronej və Rostovda antiterror rejimi tətbiq edilib.
Lakin daha sonra Priqojin Belarus lideri Lukaşenkonun hərbi hərəkətləri dayandırmaq təklifini qəbul edib və bazasına qayıdıb.