Latviya Rusiya vətəndaşlarından bütün növ viza müraciətlərinin qəbulunu dayandırıb.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə Latviya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
Qeyd olunub ki, Rusiyada daxili siyasi hadisələrin gözlənilməz inkişafı ilə əlaqədar olaraq, iyunun 26-dan etibarən Latviyanın xaricdəki diplomatik və konsulluq nümayəndəlikləri Rusiya vətəndaşlarından bütün növ viza müraciətlərinin qəbulunu dayandırıb.
Vurğulanıb ki, əvvəllər sənədləri təqdim etmiş şəxslər lazımi prosedurlardan keçəcəklərinə ümid edə bilərlər:
“İyunun 25-dən əvvəl təqdim edilən sənədlərə baxılacaq”.