Belarus Prezidenti Aleksandr Lukaşenko 27 iyunda jurnalistlərin sualına cavab verəcək.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə Belarus dövlət kanalının əməkdaşı İqor Yur məlumat yayıb.
O bildirib ki, söhbət Lukaşenkonun xalqa təcili müraciətindən getmirdi:
“Pul Pervoqo”dakı həmkarlarımızın açıqlamasında “bu gün” sözü yox idi. Bildiyim qədərincə, söhbət sabahdan gedir. Lukaşenkonun təcili efirə çıxması üçün Belarusda ekstremal heç nə baş verməyib. Bundan əlavə, Aleksandr Qriqoryeviç artıq hər şeyi edib (“Vaqner”lə aparılan uğurlu danışıqlar nəzərdə tutulur – red.). Bəzən hərəkətlər sözdən daha çox danışır”.
Qeyd edək ki, az öncə Lukaşenkonun xalqa təcili müraciət edəcəyi haqda məlumat yayılmışdı.