Qələbə fəlsəfəsi: siyasi varislikdən doğan qüdrətli dövlətçilik ənənəsi

Qələbə fəlsəfəsi: siyasi varislikdən doğan qüdrətli dövlətçilik ənənəsi backend

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının təşkilatçılığı ilə 26 İyun - Silahlı Qüvvələr Gününə həsr edilən “Qələbə fəlsəfəsi: siyasi varislikdən doğan qüdrətli dövlətçilik ənənəsi” adlı tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bu barədə AZƏRTAC-a ADPU-dan məlumat verilib.

Tədbirdə çıxış edən filialın direktoru dosent Yusif Alıyev bildirib ki, iyunun 26-da müstəqil dövlətimizin ən mühüm atributlarından biri sayılan ordumuzun yaradılmasının 105 ili tamam olur. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 may tarixli Fərmanına əsasən iyunun 26-sı Silahlı Qüvvələr Günü elan edilib. Xalqımızın dahi oğlu Heydər Əliyev ölkəmizdə siyasi hakimiyyətə qayıtdıqdan sonra ordu quruculuğu prosesi uğurla həyata keçirilib.

Yusif Alıyev çıxışında həm də filialın direktor müavini Aysel Şeydayevanın əmisi, I Qarabağ müharibəsi şəhidi Altay Məmmədovun və tyutor Günel Məlikovanın həyat yoldaşı şəhid Aqil Məlikovun keçdikləri şərəfli döyüş yolundan bəhs edib, Vətən uğrunda canlarından keçən hər bir şəhidimizin əmanətlərinin məsuliyyətini daşıdığımızı diqqətə çatdırıb.

Direktor 44 günlük Vətən müharibəsi iştirakçıları İsmət Əhmədov və Vurğun Qəniyevi filialın Fəxri diplomu ilə təltif edib, onların qəhrəman oğullar kimi gənclərə nümunə olduqlarını diqqətə çatdırıb.

Tədbirdə çıxış edən filialın müəllimi, Vətən müharibəsi iştirakçısı İsmət Əhmədov, direktor müavini Aysel Şeydayeva vurğulayıblar ki, Azərbaycan Ordusu 44 günlük müharibədə öz peşəkarlığını, yüksək döyüş qabiliyyətini dəfələrlə nümayiş etdirdi. Azərbaycan əsgəri quruda, havada və dənizdə Vətən qarşısında vəzifə borcunu şərəf və vicdanla yerinə yetirdi, Ulu Öndərimizin ideyalarına sadiq, Vətənin hər bir çağırışına hər an hazır olduğunu sübut etdi.

Çıxış edənlər şəhid ailələrinə, qazilərə Azərbaycan dövləti tərəfindən diqqət və qayğı göstərildiyini vurğulayıblar.

 

 

Diaspora