Ukraynanın cənub-şərqində gərgin döyüşlər davam edir. Görünür, Ukrayna Ordusu möhkəmləndirilmiş mövqelərdə yerləşdirilmiş rus bölmələrinin şiddətli müqaviməti ilə qarşılaşıb.
APA xəbər verir ki, bu barədə “Washington Post“ məlumat verib. Nəşr yazır ki, Ukrayna prezidenti Vladimir Zelenski cümə günü səhər Donetsk vilayətinin şərqində, o cümlədən Baxmut şəhərində şiddətli döyüşlər gedir. Zelenski bəzi irəliləyişlərə işarə vursa da, təfərrüatları açıqlamayıb.
Ukraynanın şərq komandanlığının sözçüsü Sergey Çerevatının sözlərinə görə, bəzi ərazilərdə Ukrayna qüvvələri rus qoşunlarının rotasiyasından istifadə edə bilib.