Ukrayna-Rusiya müharibəsində hərbi əməliyyatların yeni mərhələsi başladı və bu, Rusiya ordusunun şəxsi heyətində itkilərin səviyyəsinin artmasına səbəb oldu.
QAZİLER.AZ Axar.az-a istinadən verdiyi xəbərə görə, bunu ukraynalı ekspert Sergey Zqurets bildirib.
Ekspert hər iki tərəfin cəbhədə gücləndiyini qeyd edib:
"Son günlər rusların və onların texnikasının məhv edilməsi artmaqdadır ki, bu da cəbhə xəttində eyni anda bir neçə istiqamətdə dinamikanın dəyişdiyini göstərir: Kupyanski, Baxmut, Svatovo və Kremennoy, Maryinski, Avdeyev və Zaporojye. Biz bütün təmas xətti boyunca dinamikanı artırmaq üçün hərbi əməliyyatların yeni mərhələsinə qədəm qoyuruq".