Rusiya Cənub Hərb Dairəsinin Ermənistandakı hərbi bazasının anti-terror bölmələri Gümrü qarnizonu ərazisində planlaşdırılmış təlimdə iştirak ediblər.
Apa xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Qeyd olunub ki, təlim mümkün qədər döyüş vəziyyətinə yaxın şəraitdə keçirilib.
Döyüş vəziyyəti yaratmaq üçün müxtəlif imitasiya vasitələrindən, o cümlədən boş döyüş sursatı, partlayıcılar və səs qumbaralarından istifadə olunub.