İldırım vurması nəticəsində şəhid olan əsgər dəfn edildi - FOTO

İldırım vurması nəticəsində şəhid olan əsgər dəfn edildi - FOTO backend

İldırım vurması nəticəsində şəhid olan Davud Məmmədli torpağa tapşırılıb.

Oxu.az-ın məlumatına görə, 20 yaşlı əsgər Davud Fuad oğlu Məmmədli xidmətdə olarkən ildırım vurması nəticəsində şəhid olub.

Hadisə Daşkəsən rayonunda hərbi hissələrin birində qeydə alınıb.

Davud Məmmədli Bakının Suraxanı rayonu Əmircan qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib.

PhotoStock.az-ın dəfndən hazırladığı fotoreportajı təqdim edirik:

Diaspora