"Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı xəstəxanada ağır vəziyyətdədir".
Publika.az xəbər verir ki, bu barədə hərbi müxbir Andrey Rudenko mənbəyə istinadla "Telegram" kanalında yazıb.
Qeyd olunur ki, Zalujni bundan əvvəl müxtəlif tədbirlərdə müntəzəm olaraq çıxış edib, açıqlamalar versə də, mayın 8-də media məkanında görünməyib.
“Ukrayna Silahlı Qüvvələrinin rəhbərliyindəki mənbəmizdən əldə etdiyimiz məlumata görə, general Zalujnı sağdır, lakin o, əsas hərbi klinik xəstəxanada ağır vəziyyətdədir. Xarici ekspertlərin iştirakı ilə həyatı uğrunda mübarizəni davam etdirir", - Rudenko yazıb.
Onun sözlərinə görə, Zauljnı mayın 8-də Dnepropetrovsk vilayətində Ukrayna Silahlı Qüvvələrinin Şərq qrupunun komanda məntəqələrindən birinə səfəri zamanı ağır yaralanıb. Hərbçilər arasında panikanın qarşısını almaq üçün məlumatlar gizlədilir.