Kiyev mayın əvvəlindən 11-ci dəfə hava hücumuna məruz qalıb, dağıntılar qeydə alınıb

Kiyev mayın əvvəlindən 11-ci dəfə hava hücumuna məruz qalıb, dağıntılar qeydə alınıb backend

Ukraynanın paytaxtı Kiyev mayın 20-nə keçən gecə İran kamikadze dronlarının növbəti hücumuna məruz qalıb.

QAZİLER.AZ  AZƏRTAC-a istinadən xəbər verir ki, hava həyəcanı siqnalından sonra paytaxtda hava hücumundan müdafiə sistemləri işə düşüb və partlayış səsləri eşidilib.

Kiyev Regional Hərbi Administrasiyasının rəhbəri Sergey Popko tərəfindən verilən məlumata görə, bu, mayın əvvəlindən bəri Rusiya ordusunun Kiyevə 11-ci hava hücumudur.

"Mayın 20-də Kiyevə gecə hücumu zamanı “Şahed” tipli kamikadze PUA-lardan istifadə olunub. Ukraynanın hava hücumundan müdafiə sistemləri düşmənin bütün hava hədəflərini məhv edib. Düşmən bütün gücü ilə Kiyevdəki əsas obyektləri dağıtmağa, Ukraynanın hava hücumundan müdafiə vasitələrinin resurslarını tükətməyə çalışır. Rusiya, həmçinin bu yolla dinc əhalini dərin psixoloji gərginlikdə saxlamağa çalışır. May ayında kiyevlilər cəmi 4 gün hava hücumu siqnalını eşitməyiblər”, - deyə S.Popko bildirib.

Zərərsizləşdirilən dronların qalıqlarının düşməsi nəticəsində Kiyevin Dnepr, Darnitsk, Peçersk və Solomen rayonlarında yaşayış binasına, şəxsi evlərə, avtomobillərə ziyan dəyib, güclü yanğınlar baş verib.

 

 

Diaspora