İndoneziya hakimiyyəti Rusiya və Ukrayna arasında müharibəyə son qoymağa töhfə verməyə hazırdır.
QAZİLER.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə cümə günü Yaponiyanın “The Asahi” qəzetinə müsahibəsində İndoneziya Prezidenti Coko Vidodo bildirib.
“Biz Moskva ilə Kiyev arasında körpülər qurmağa və münaqişəyə son qoymaq üçün lazımi töhfə verməyə hazırıq”, - deyə Vidodo vurğulayıb: “Dialoq davam etməli və mümkün qədər tez sülhə nail olunmalıdır. Bu vəziyyət heç kimə faydalı deyil”.
İndoneziya lideri onu da qeyd edib ki, o, sanksiyaların tətbiqini münaqişəyə son qoymaq üçün effektiv tədbir hesab etmir. “Bir il keçib, lakin sanksiyalar toqquşmaları dayandıra bilməyib. Ona görə də ilk növbədə dialoq üçün məkan yaratmaq lazımdır", - Vidodo bildirib.