Danimarka ukraynalı pilotlara F-16 qırıcılarından istifadə etmək üçün təlimlər keçəcək

Danimarka ukraynalı pilotlara F-16 qırıcılarından istifadə etmək üçün təlimlər keçəcək backend

Danimarka ukraynalı pilotların F-16 qırıcılarından istifadə etmək üçün təlimləri öz üzərinə götürür.

QAZİLER.AZ  AZƏRTAC-a iatinadən xəbər verir ki, müvafiq qərarı Danimarkanın müdafiə naziri vəzifəsini icra edən Troels Lund Poulsen açıqlayıb.

Qərara əsasən, ABŞ, Danimarka və bir sıra digər ölkələr birlikdə Ukrayna F-16 pilotlarının birgə təlimini həyata keçirəcək. Təlimin aparılması üçün konkret planın müzakirəsi yaxın vaxtlarda baş tutacaq.

Troels Lund Poulsen pilotların hazırlanması məsələsi ilə yanaşı, Danimarkanın həm də F-16 döyüş təyyarələrinin bağışlanması məsələsini də müzakirə etməyə hazır olduğu barədə mesaj verib: “Biz bu təlim səylərini həyata keçirdikdən sonra bir addım da irəli gedib F-16 döyüş təyyarələrini verib-verməməyi müzakirə etməyə hazırıq”.

Onun sözlərinə görə, hərçənd ki, Danimarka üçün qırıcıların verilməsi ilə bağlı qərar vermək hələlik tezdir.

Qeyd edək ki, Danimarka Kral Hərbi Hava Qüvvələri hazırda 1990-cı illərdə alınmış 30 ədəd ABŞ istehsalı F-16 A qırıcılarından istifadə edir. Mövcud təyyarə parkı 2015-ci ildə imzalanan kontraktla F-35 beşinci nəsil qırıcıları ilə əvəzlənəcək. Yeni qırıcıların Danimarkaya təslimi 2021-2027-ci illər arasında həyata keçirilir. Ümumilikdə 27 təyyarənin alınması nəzərdə tutulub.

 

 

Diaspora