Müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, General-leytenant Ə.Əfəndiyev qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib.
Nazir müavini Azərbaycan ilə Türkiyə arasında həyata keçirilən ikitərəfli hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu xüsusi vurğulayıb.
Görüşdə qardaş ölkə ilə birgə əməkdaşlıq çərçivəsində hərbi təhsilin daha da genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran bir sıra mövzular ətrafında fikir mübadiləsi aparılıb.