Ukraynanın Reinteqrasiya Nazirliyi İsveçrənin minatəmizləmə məhsulları istehsalçısı “Global Clearance Solutions” ilə əməkdaşlığa dair razılığa gəlib.
Lent.az-ın xəbərinə görə, bu barədə “Kommersant” nəşri məlumat yayıb.
“Maşınlar kənd təsərrüfatı torpaqlarından və kritik infrastruktur obyektlərindən mina və partlamamış hərbi sursatların təmizlənməsi üçün istifadə olunacaq”, - məlumatda bildirilir.