Vaqner” Baxmutda məhv edilir: Priqojin çağırış etdi

Vaqner” Baxmutda məhv edilir: Priqojin çağırış etdi backend

Baxmutda döyüşən “Vaqner” bölmələri sursat çatışmazlığı səbəbindən şəhərdən çıxa bilər.

QAZİLER.AZ  Axar.az-a istinadən xəbər verir ki, bunu “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin deyib.

Onun sözlərinə görə, “Vaqner” komandanlığı Baxmutda hücumun davam etdirilməsinin məqsədəuyğunluğu barədə təcili qərar vermək zərurəti ilə üzləşib.

Priqojin bildirib ki, böyük itkilər səbəbindən vaqnerçilərin şəhərdəki varlığı belə sual altındadır.

O, sursat çatışmazlığı ilə bağlı Rusiya Müdafiə Nazirliyinə çağırış etdiyini də deyib:

“Baxmutda son gülləmizə kimi qalacağıq. Amma bir neçə günlük gülləmiz qalıb. Sursat çatışmazlığı aradan qaldırılmasa, ya şəhərdən çıxacağıq, ya da qalıb öləcəyik. Tezliklə bölmələri bu ərazidən çıxaracağıq”.

Qeyd edək ki, ötən gün Priqojin "Vaqner"in tam məhv olacağı ilə bağlı açıqlama vermişdi.

 

 

 

Diaspora