Ukraynanın Xerson vilayətində əhalinin təxliyəsinə hazırlıq işləri görülür.
QAZİLER.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə Xersin vilayəti Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudinin videomüraciətində deyilir.
Prokudin bildirib ki, son günlər təkcə Xerson vilayəti deyil, bütün Ukrayna ərazisi Rusiya Silahlı Qüvvələri tərəfindən kütləvi raket atəşinə tutulur, qadınlar, uşaqlar ölür. Bu səbəbdən də əhalinin vilayətdən təxliyyəsi üçün hazırlıq işləri görülür.
“Hörmətli Xerson vilayətinin sakinləri! Son günlər düşmənin təkcə Xerson vilayətini deyil, bütün Ukraynanı atəşə tutduğunun şahidi olduq. Xersonluların həlak olmasına yol verə bilmərəm. Odur ki, bölgənin kütləvi atəşə tutulacağı təqdirdə mülki əhalinin təxliyə yollarını əvvəlcədən işləyib hazırlamaq tapşırığını vermişəm”, - deyə Prokudin muraciətində vurğulayıb.